Nazir: 30 suala cavab verə bilməyən müəllimin...


Digərləri 10 Tem 2025 12:12:00 82 0

Nazir: 30 suala cavab verə bilməyən müəllimin...

"Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa vurub. Gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək".

Son.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, 2022-ci ildən sertifikasiya prosesi başlayıb: "Ümumilikdə 8 minə yaxın müəllimin bu prosesdə fəaliyyətinə xitam verilib. İmtahanda 30 suala cavab verə bilməyən müəllimin Azərbaycan məktəbində dərs deməsi düzgün deyil".