Çılpaq qadın küçədə insanlara hücum etdi – Hadisə anı kameralara düşdü FOTOlar


Digərləri 10 Tem 2025 18:48:00 76 0

Çılpaq qadın küçədə insanlara hücum etdi – Hadisə anı kameralara düşdü  FOTOlar

Türkiyənin Ədirnə şəhərində günorta saatlarında baş verən qeyri-adi və narahatedici hadisə sosial şəbəkələrdə və yerli mediada geniş rezonans doğurub.

Son.az xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində tamamilə çılpaq halda ortaya çıxan qadın qəfil başqa bir qadına hücum edib və onu yerə yıxaraq sürüməyə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, ətrafdakı insanlar vəziyyətə müdaxilə etməyə çalışıb, bəziləri isə hücum edən qadına yumruq və təpiklə cavab verib.

Hadisə yerinə çağırılan polis əməkdaşları müdaxilə edərək tərəfləri ayırıb. Hücum edən qadın nəzarətə götürülüb. Onun psixi durumunun müəyyən olunması üçün müvafiq tibbi müayinələr aparılacaq.

Hazırda hadisənin motivləri və detalları ilə bağlı istintaq davam etdirilir.