Amerikadan "Ford" alanların nəzərinə 850 min avtomobildə ciddi problem aşkarlandı
Digərləri 10 Tem 2025 20:36:00 85 0
"Ford" şirkəti ABŞ-da 850 min avtomobili geri çağırmaq qərarına gəlib.
Bu haberi de oku: Tehranda binada partlayış 4 yaralı var
Son.az xəbər verir ki, buna səbəb yanacaq nasosundakı nasazlıqdır. Şirkətin verdiyi məlumata görə aşağı təzyiqli yanacaq nasosunda baş verən problem mühərrikin dayanmasına, güc itkisinə və bəzi hallarda qəfil dayanmağa səbəb ola bilər.
Geri çağırma 2021-2023-cü illərdə istehsal olunmuş "F-150", "Mustang", "Lincoln Aviator" və digər modellərə şamil edilir. ABŞ-ın Milli Yol Təhlükəsizliyi Administrasiyası (NHTSA) bu nasazlığın xüsusilə isti hava şəraitində və az yanacaq səviyyəsi ilə hərəkət zamanı daha çox üzə çıxdığını açıqlayıb.
"Ford" şirkəti 14 iyuldan etibarən avtomobil sahiblərinə xəbərdarlıq məktubları göndərməyə başlayacaq. Nasazlıq aradan qaldırıldıqdan sonra sahiblərə ikinci məktubla təmir dəvəti ediləcək. Şirkət təmirin pulsuz həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu il ərzində "Ford" artıq 4 milyondan çox avtomobili müxtəlif texniki səbəblərlə geri çağırıb.
İslam Son.az