Azərbaycanlı futbolçuların


Digərləri 11 Tem 2025 07:07:00 58 0

Azərbaycanlı futbolçuların

İstər yerli, istərsə də xarici klublarda çıxış edən Azərbaycanlı futbolçuların hazırkı dəyəri bəlli olub.

Son.az xəbər verir ki, dəyəri ən yüksək olan futbolçular siyahısına "Qarabağ" klubunun oyunçuları başçılıq edirlər.

Belə ki, Nəriman Axundzadə iki milyon avro ilə liderdir. Toral Bayramov 1.5 milyon avro dəyəri ilə siyahının ikinci pilləsində qərarlaşıb. İlk üçlüyü Elvin Cəfərquliyev tamamlayır. Onun hazırkı dəyəri 1.2 milyon avrodur.

Digər futbolçuların siyahısı isə belədir:

1. Nəriman Axundzadə ("Qarabağ") - 2 milyon avro

2. Toral Bayramov ("Qarabağ") - 1.5 milyon avro

3. Elvin Cəfərquliyev ("Qarabağ") - 1.2 milyon avro

4. Mahir Emreli ( "Kayzerslautern" Almaniya) - 1 milyon avro

5. Renat Dadaşov (Hazırda klubsuzdur) - 900 min avro