Tehranda binada partlayış 4 yaralı var
Digərləri 10 Tem 2025 22:10:00 82 0
İranın paytaxtı Tehranın Çitgar məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bu haberi de oku: Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək
Son.az xəbər verir ki, baş verən qaz partlayışı nəticəsində azı dörd nəfər xəsarət alıb. Bu barədə dövlət mediası məlumat yayıb.
Hadisə Çitgar rayonunda yerləşən Pamçal qülləsinin mərtəbələrindən birində baş verib. Tehran Yanğından Mühafizə İdarəsi bildirib ki, partlayış bir mənzildə ciddi ziyan yaradıb və qonşu mənzilə də təsir edib.
Partlayışdan dərhal sonra hadisənin nəticələrini əks etdirən videolar sosial şəbəkələrdə yayılmağa başlayıb.
Sosial şəbəkə istifadəçilərindən bəziləri partlayışın İran Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına aid olduğu bildirilən və yerli əhali arasında "Məhkəmə Qülləsi" kimi tanınan binada baş verdiyini iddia ediblər. Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Rəsmi açıqlamalarda da həmin ad çəkilməyib.