55 yaşlı kişi faciəvi şəkildə öldü
Digərləri 10 Tem 2025 12:24:00 78 0
Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bu haberi de oku: Bakıda yeniyetmə qız itkin düşdü
Son.az-ın məlumatına görə, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.
Kaynak: milli.az