Müəllimlərin maaşları ARTDI


Digərləri 10 Tem 2025 11:50:00 94 0

Müəllimlərin maaşları ARTDI

2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazirin bildirib ki, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır:

"Bu kateqoriyaya 1399 nəfər daxildir.

11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500-2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir.

33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000-1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir.