Bakıda "Prado" "BakuBus"a ÇIRPILDI


Digərləri 10 Tem 2025 09:07:00 86 0

Bakıda "Prado"  "BakuBus"a ÇIRPILDI

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Son.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Toyota Prado" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.