İngilis dilinizi bu sadə üsullarla təkmilləşdirə bilərsiniz


Digərləri 10 Tem 2025 06:06:00 94 0

İngilis dilinizi bu sadə üsullarla təkmilləşdirə bilərsiniz

B1 səviyyəsində olan şəxslər artıq gündəlik həyatda əsas mövzularla ingilis dilində ünsiyyət qura bilirlər. Lakin dil bacarıqlarını daha da inkişaf etdirmək üçün planlı və istiqamətli şəkildə çalışmağa ehtiyac var. Bu səviyyədən yuxarı səviyyələrə yüksəlmək istəyənlər üçün ekspertlər bir neçə əsas məsləhət verir.

Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, danışıq bacarığını artırmaq üçün ana dili ingilis dili olanlarla ünsiyyət qurmaq, danışıq məşqləri keçirmək və öz səsini qeyd edib təhlil etmək faydalıdır. Dinləmə bacarığını inkişaf etdirmək üçün isə B1 səviyyəsinə uyğun YouTube kanallarına baxmaq, sadə altyazılı filmlər izləmək və səviyyəyə uyğun podkastlar dinləmək tövsiyə olunur.

Qrammatikanı yaxşılaşdırmaq üçün məşhur "Cambridge English Grammar in Use" kitabından istifadə etmək, gündəlik qısa mətnlər yazmaq və yazdıqlarını "native speaker"lərdən düzəliş almaq vacibdir. Söz ehtiyatını artırmaq üçün gündə 5-10 yeni söz öyrənmək, onları cümlələrdə işlətmək və kart sistemlərindən faydalanmaq məsləhət görülür.

Həmçinin, ingilis dilində təcrübə yaratmaq üçün telefon və kompüter menyularını ingilis dilinə keçirmək, sosial mediada ingilis dilində məzmunları izləmək və gündəlik həyatda dilə yer vermək lazımdır.

Ekspertlərin tövsiyələrinə əsasən, həftəlik məşq planı hazırlanaraq müntəzəm məşğələlər aparmaq effektiv nəticə verir. Məsələn, həftənin müəyyən günlərində söz öyrənmək, danışıq məşqləri etmək, qrammatika mövzularını oxumaq və filmlər izləmək vacibdir.

Beləliklə, B1 səviyyəsində ingilis dilini təkmilləşdirmək istəyənlər üçün əsas yol planlı şəkildə praktikada olmaq, müxtəlif mənbələrdən istifadə etmək və müntəzəm məşqlər aparmaqdır. Bu yanaşma dil səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır.

Aysel Əkbər Son.az