“X”in baş direktoru istefa verdi
Digərləri 09 Tem 2025 23:24:00 60 0
"X" şirkətinin baş direktoru Linda Yaccarino istefa verib.
Bu haberi de oku: Azərbaycanda ən çox bu rayonda boşanırlar
Son.az xəbər verir ki, İlon Maska məxsus "X" (əvvəlki Twitter) sosial platformasının baş direktoru Linda Yaccarino istefa verib. Bu barədə iyulun 9-da ABŞ mediası məlumat yayıb.
Yaccarino istefasını şəxsi qərar olaraq təqdim edib. O, 2023-cü ilin iyununda NBCUniversal şirkətindən "X"ə keçmiş və platformanın reklam strategiyasını yenidən qurmaqla məşğul olmuşdu. Onun rəhbərliyi dövründə video funksiyalar genişləndirilib, süni intellekt alətləri inteqrasiya edilib və "Community Notes" sistemi inkişaf etdirilib.
Məlumata görə istefa qərarı platformaya bağlı süni intellekt aləti "Grok"un antisemitik məzmun yaratmasından sonra verilib. Hadisə ictimaiyyətdə ciddi reaksiya doğurub və şirkətə qarşı təzyiqləri artırıb.