Ermənistanda müxalif deputat həbs olundu
Digərləri 09 Tem 2025 19:24:00 89 0
Ermənistan parlamentində "Hayastan" fraksiyasının deputatı Artur Sarkisyan iki ay müddətinə həbs edilib.
Bu haberi de oku: DYPdən bu sürücülərə
Son.az xəbər verir ki, Ermənistan Milli Məclisi iyulun 7-də onun toxunulmazlığını ləğv edərək Baş Prokurorluğa cinayət işi başlamağa icazə verib. Həbs qərarı Sarkisyanın hakimiyyəti zorla ələ keçirməyə cəhd və terror aktı hazırlığı ittihamları ilə əlaqələndirilir.
Müxalifətçi deputatın adı arxiyepiskop Bağrat Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs Mübarizə" hərəkatı ilə birgə siyasi təxribat hazırlığında hallanır. Prokurorluq iddia edir ki, Sarkisyan 2024-cü ilin ortalarından etibarən çevriliş planlarında iştirak edib. Deputatın evində də axtarış aparılıb, ailə üzvlərinə məxsus əşyalar müsadirə olunub.
Sarkisyan ittihamları siyasi motivli adlandırıb və bunun hakimiyyətin müxalif səsi susdurmaq cəhdi olduğunu bildirib. "Hayastan" fraksiyası və digər müxalifət partiyaları hadisəni siyasi repressiya kimi qiymətləndirib. Ermənistan parlamentində baş verən insidentdən sonra siyasi gərginliyin artacağı gözlənilir.