Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?
Digərləri 09 Tem 2025 23:00:00 65 0
Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi nəticə əldə etmədən geri qayıdıb.
Bu haberi de oku: Azərbaycanda oğul anasını yandırdı
Son.az xəbər verir ki, VÇK-OGPU məlumatlarına görə, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə onun ölkə rəhbərliyi ilə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.
Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz. Sezar pizza
Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib.