Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK
Digərləri 09 Tem 2025 17:00:00 90 0
"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.
Bu haberi de oku: Arıqlama dərmanları ilə bağlı yeni təhlükə
Son.az xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət bundan sonra "Boutique Hotels Company" MMC adı ilə tanınacaq.
Qeyd edək ki, "Abşeron Hotel Qrup" MMC-nin idarəçiliyində olan "Dinamo Hotel Baku"ya bu ilin may ayında yeni direktor təyin edilmişdi. Bu vəzifəyə Natalia Solovieva gətirilib. "Dinamo Hotel Baku" "PAŞA Holding" MMC-nin törəmə şirkəti olan "Abşeron Hotel Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin birbaşa idarəçiliyi altında olan hoteldir. Həmçinin qrup daxilində "Baku Marriott Hotel", "Boulevard Sheraton Baku Intourist", "Courtyard by Marriott Baku", "Shahdag","Bilgah Beach Hotel" fəaliyyət göstərir. /Valyuta.az