Arıqlama dərmanları ilə bağlı yeni təhlükə
Digərləri 09 Tem 2025 06:06:00 65 0
GLP-1 tipli dərmanlar ( bədəndəki GLP-1 hormonunun funksiyasını təqlid edən, əsasən diabet və arıqlama müalicəsində istifadə olunan dərmanlardır), xüsusilə də Ozempic, arıqlama sahəsində inqilabi irəliləyişlərə səbəb olsa da, bəzi istifadəçilərdə ciddi yan təsirlər ortaya çıxır. Bunlara diş çürüməsi, üz və ağız sarkması, çanaq nahiyəsində sallanma və saç tökülməsi kimi xoşagəlməz problemlər daxildir. Daha geniş yayılmış yan təsirlər isə mədə-bağırsaq narahatlıqlarıdır ki, bunlar da istifadəçilər üçün çox vaxt narahatlıq yaradır.
Bu haberi de oku: Yay başlayandan bu gəncləri itirmişik Hamısı boğularaq ölüblər FOTO
Son.az xəbər verir ki,Böyük Britaniyanın Tibb və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA) GLP-1 dərmanlarından istifadə edənlər arasında ciddi və hətta ölümcül ola biləcək pankreatit halları ilə bağlı yeni araşdırmalara başlayıb. "Yellow Card" proqramına daxil olan məlumatlara görə, GLP-1 dərmanları istifadəçilərindən 400-ə yaxın ağır pankreas problemləri barədə şikayət daxil olub.
Akut pankreatit - mədəaltı vəzinin ani, çox ağrılı iltihabıdır və bu vəziyyət insanları güclü qarın ağrısı, ürəkbulanma və hərarətlə xəstəxanaya gətirir. Bu xəstəlik çox vaxt idarə olunsa da, bəzən ağırlaşaraq ölümə gətirib çıxara bilər. Yalnız Böyük Britaniyada GLP-1 dərmanları istifadəçiləri arasında bu səbəbdən ən azı 10 ölüm qeydə alınıb.
Dərman paketlərində pankreatitin nadir, yəni hər 100 istifadəçidən birində görülən bir reaksiya olduğu bildirilir, amma vəziyyətin ciddi olması əlavə araşdırmaların vacibliyini ortaya qoyur.