Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI


Digərləri 09 Tem 2025 10:14:00 70 0

Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.

Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.