Xəstəlikdən ÖLDÜ Atası dərman almağa gedərkən dünyasını dəyişmişdi


Digərləri 09 Tem 2025 15:14:00 92 0

Xəstəlikdən ÖLDÜ  Atası dərman almağa gedərkən dünyasını dəyişmişdi

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.

Son.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, 2008-ci il təvəllüdlü Nəsirov Məhəmməd Ramil oğlu uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 

Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib.

M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb.

Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib.