Nuranə hadisə vaxtı tək olmayıb Təlimçi DANIŞDI
Digərləri 09 Tem 2025 10:11:00 81 0
Xəbər verdiyimiz kimi, Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçuş zamanı faciə baş verib. 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq ölüb.
Bu haberi de oku: Kanalda aşkarlanan meyitin kimliyi məlum oldu
Metbuat.az xəbər verir ki, bu barədə paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov danışıb. Onun sözlərinə görə, qadın uçuş zamanı digər pilotlarla birlikdə olub, lakin arada məsafə olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb:
"Hadisəni görüblər, dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. O, 10 il əvvəl də oxşar bir qəza yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Sonradan yenidən paraşütlə uçuşlara başlamışdı".
Məlumata görə, Nuranə Məcidovanın 7 yaşlı övladı var idi. / Baku TV