650 abonent qazsız qalacaq
Digərləri 09 Tem 2025 13:03:00 93 0
Astara rayonunda dörd yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Bu haberi de oku: Tələbələrin NƏZƏRİNƏ: gələn həftədən...
Son.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Astara rayonu ərazisində yerləşən "Ərçivan" qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınaqdan keçirilməsi məqsədilə 11 iyul 2025-ci il tarixindən saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə dörd yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.