Gələn ilin inflyasiya prqonozu AÇIQLANDI
Digərləri 22 Okt 2025 10:13:13 77 0
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir.
Bu xəbəri də oxu: Görmə problemi olanlara ŞAD XƏBƏR
Bu barədə Son.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.
Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.
"Ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif - xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır", - deyə məlumatda qeyd edilib.
Mehman Əsədov Son.az
Dünən AZAL aviaşirkətinə məxsus təyyarə uzun fasilədən sonra ilk dəf�

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əs

Almaniyanın "Volkswagen" şirkəti yarımkeçirici çatışmazlığı

Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tab

Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müd

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətin

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni HammAli ata olub.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"WhatsApp" yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə g�

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində &qu

Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyas�

Pandemiya dövründə koronavirusu ağır keçirən Əməkdar artist Mətanət �

Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanm

Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq
