Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı
Digərləri 22 Okt 2025 08:41:00 89 0
Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyasında ciddi narahatlıq doğurur. 42 ölkəni əhatə edən genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, 50 yaşdan aşağı şəxslər arasında ən sürətlə artan yeganə xərçəng növü yoğun bağırsaq xərçəngidir.
Bu xəbəri də oxu: Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı
Son.az xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmaya görə, qaraciyər və mədə xərçəngi kimi bəzi xərçəng növləri gənclər arasında azalma meyli göstərsə də, yoğun bağırsaq xərçəngi üçün vəziyyət əksinədir.
Tədqiqat nəticələri göstərib ki, araşdırmaya cəlb olunan ölkələrin üçdə ikisindən çoxunda bu xəstəlik gənclər arasında 50 yaşdan yuxarı şəxslərə nisbətən daha sürətlə yayılır.
Məsələn, Böyük Britaniyada 25-49 yaş arası diaqnoz 1990-cı illərin əvvəllərindən bəri 50 faizdən çox artıb, ABŞ-də isə 2030-cu ilə qədər yoğun bağırsaq xərçənginin 50 yaşdan aşağı şəxslərdə ən çox rast gəlinən xərçəng növü olacağı proqnozlaşdırılır.
Mütəxəssislər bu artımı izah etmək üçün bir neçə fərqli nəzəriyyə irəli sürürlər:
Yaşlı insanlarda tətbiq edilən rutin skrininq (yoxlama) testləri, xəstəliyi erkən mərhələdə aşkar etdiyi və xərçəngə çevrilməmiş lezyonları vaxtında aradan qaldırdığı üçün, 50 yaşdan yuxarı şəxslərdə halların azalmasına kömək edir.
Digər alimlər isə həddindən artıq emal olunmuş qidalar, antibiotik istifadəsi və düzgün olmayan qidalanma vərdişlərinin bu artımda rol oynaya biləcəyini düşünürlər.
Araşdırmanın müəlliflərindən professor Amy Berrinqton qeyd edib ki, artmaqda olan piylənmə halları da araşdırılır, lakin bu istiqamətdə sübutlar hələ tam aydın deyil.
Yoğun bağırsaq xərçəngi həm Böyük Britaniyada (ildə təxminən 44 min hal), həm də ABŞ-də (ildə təxminən 142 min hal) ən çox rast gəlinən dördüncü xərçəng növüdür.
Alimlərin hesablamalarına görə, bu hallarının 54 faizindən çoxunun qarşısını almaq mümkündür.
Əlamətlər
Kolon xərçənginin əsas simptomları bunlardır:
Nəcisdə qan görünməsi
Davamlı ishal və ya qəbizlik
İzah olunmayan çəki itkisi
Qarında ağrı və ya şişkinlik
Daimi yorğunluq hissi
Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur. Lalə Qüdrətova Son.az
Pandemiya dövründə koronavirusu ağır keçirən Əməkdar artist Mətanət �

Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanm

Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzə

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar aras

Alimlər görmə qabiliyyətini bərpa etmək üçün subretinal fotovoltaik imp

Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (sü

Bitki çaylarının təbii olması tamamilə təhlükəsiz olduğu mənasına g�

"Ailə bir imtahandır" adlı yeni serialda baş rolu canlandıracaq m

Dünyanın maraqla gözlədiyi Tramp-Putin sülh zirvəsi rəsmən ləğv edilib

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərl�

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb
