“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib FOTO
Kriminal 21 Okt 2025 23:45:00 69 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində "Mədəniyyət rüzgarı" adlı silsilə tədbirlərə başlanılıb. MEMİM-in "Sənətkarın dostu" layihəsi üzrə Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib. Fakültənin dekanı bəstəkar Türkər Qasımzadə çıxış edərək layihənin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb. MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında dövlətimiz tərəfindən sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də müəyyən qədər payının olmasından məmnunluğunu dilə gətirib, layihənin qonağı Aqil Məlikova dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib. Sonra görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib. Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb. İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri - tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova "Mahur-hindi", İsmayıl İsmayılov isə "Rahab" muğamlarını səsləndiriblər. İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli bir-birindən maraqlı ifaları ilə tədbirə rəng qatıblar. Sonda Aqil Məlikov auditoriyanı maraqlandıran sualları cavablandırıb. Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi görüş maraqla qarşılanıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu xəbəri də oxu: III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək
Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb

Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri c

Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda "Gəncliyin Sədası" adl�

ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri s�

Evdə bişirdiyiniz ət çox sərt olur? Aşpazların da istifadə etdiyi elmə

Oktyabrın 20-də Xankəndidə "Konstitusiya və Suverenlik İli"nə h

Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.

Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin s�

Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə v

Xəbərə video əlavə olunub. ------------ Şəki rayonunda baş verə

ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yay
