Azərbaycan QHTlərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar
Digərləri 21 Okt 2025 22:23:00 86 0
Oktyabrın 20-də Xankəndidə "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul edilib.
Son.az xəbər verir ki, müraciəti "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.
Müraciətdə bildirilib: "Biz azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin bəxtiyarlığı içərisindəyik. Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb".
Vurğulanıb ki, dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis olunmuş Qlobal Cənub QHT Platforması daimi mənzil-qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə dövründə şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.
Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.

Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin s�

Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə v

Xəbərə video əlavə olunub. ------------ Şəki rayonunda baş verə

ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yay

"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və ata

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublika

Qafqaz Müsəlmanları İdarəsi 2026-cı il Həcc ziyarəti üçün sənədlər

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükə

Azərbaycanda toy fotoqrafiyası və videoyazma xidmətlərinin qiymətləri son
