Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş
Digərləri 22 Okt 2025 07:07:00 93 0
Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanmanın həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı yaxşılaşdırdığı barədə müzakirələr artıb. Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, bu qidalanma tərzini seçən insanlar daha güclü çanaq (pelvik) əzələlərinə malik olur və nəticədə cinsi sağlamlıqları daha yaxşı səviyyədə olur.
Bu xəbəri də oxu: Mərkəzi Bank qərarını açıqladı
Son.az xəbər verir ki, sağlam qidalanmanın bir çox xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynadığı artıq məlumdur. Lakin bu dəfə alimlər pelvik disfunksiya adlanan, yəni cinsi fəaliyyət pozğunluğu və sidik qaçırma kimi problemlərlə əlaqədar qidalanmanın təsirinə diqqət yönəldiblər.
Tədqiqatçılar 31 elmi araşdırmadan əldə edilən məlumatları təhlil ediblər.
Nəticədə məlum olub ki, zeytun yağı, qoz-fındıq, az yağlı zülallar, meyvə və tərəvəz kimi antiiltihabi (anti-enflamatuar) qidalarla zəngin pəhriz qəbul edən şəxslərdə:
Cinsi funksiyalar yaxşılaşıb,
Sidik qaçırma simptomları azalıb.
Əksinə, ağ çörək, şəkər, doymuş yağlar və çox emal olunmuş (fast food tipli) məhsullardan ibarət pəhriz bu problemlərin riskini artırıb.
Aralıq dənizi pəhrizinin müsbət təsiri təkcə antiiltihabi xüsusiyyətləri ilə məhdudlaşmır.
Alimlərin sözlərinə görə, zeytun yağı və polifenollarla zəngin tərkib, ereksiya üçün vacib olan nitrik oksidin istehsalını artırır. Bu isə qan dövranını və damar sağlamlığını yaxşılaşdıraraq həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı gücləndirir.
Tədqiqatda o da vurğulanıb ki, sağlam qidalanma ilə bədən çəkisinin azalması arasında güclü əlaqə var. Artıq çəki pelvik əzələlər və sidik kisəsi üzərində təzyiq yaradır, bu da qarın daxili təzyiqin artmasına və sidik qaçırma simptomlarının pisləşməsinə səbəb olur.
Beləliklə, çəki itirilməsini təşviq edən hər hansı pəhriz, bu simptomların azalmasına kömək edə bilər.
Pelvik əzələləri gücləndirmək üçün Kegel məşqləri hələ də ən təsirli üsullardan biri hesab olunur. Lalə Qüdrətova Son.az
Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzə

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar aras

Alimlər görmə qabiliyyətini bərpa etmək üçün subretinal fotovoltaik imp

Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (sü

Bitki çaylarının təbii olması tamamilə təhlükəsiz olduğu mənasına g�

"Ailə bir imtahandır" adlı yeni serialda baş rolu canlandıracaq m

Dünyanın maraqla gözlədiyi Tramp-Putin sülh zirvəsi rəsmən ləğv edilib

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərl�

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb

Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri c

Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda "Gəncliyin Sədası" adl�
