Mərkəzi Bank qərarını açıqladı
Digərləri 22 Okt 2025 10:09:00 87 0
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Bu xəbəri də oxu: Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq
Bu barədə Son.az Mərkəzi Banka istinadən xəbər verir.
Faiz dəhlizi ilə bağlı qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.
Beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artmış, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4.2%), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3.7%).
Xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Ümumiyyətlə təminatsız pul bazarında aktivlik yüksək olmuş, 9 ayda əqdlərin sayı ötən ilin müvafiq dövrünə nəzərən 16.1% artıb. Bu bazarda faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrda 6.96%, oktyabrın ötən dövründə isə 6.89% olub. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Avropa Yenidənqurma və İnkişaf Bankının AZIR indeksinə bağlanmış manatla istiqrazlar yerləşdirməsi bu indeksin maliyyə bazarlarında istinad dərəcəsi kimi rolunu daha da artırır. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda, yeni cəlb edilmiş manatla depozit və yeni verilmiş kredit faizlərində azalmalar qeydə alınıb. Bütün bunlara təsir edən mühüm amillərdən biri cari ilin iyul ayında faiz dəhlizi parametrlərindəki azalma olub.
Almaniyanın "Volkswagen" şirkəti yarımkeçirici çatışmazlığı

Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tab

Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müd

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətin

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni HammAli ata olub.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"WhatsApp" yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə g�

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində &qu

Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyas�

Pandemiya dövründə koronavirusu ağır keçirən Əməkdar artist Mətanət �

Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanm

Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzə

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar aras
