ABŞdə yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ


Digərləri 18 Okt 2025 09:22:00 65 0

ABŞdə yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədilə konsulluq qəbulu günlərinin sayı artırılıb.

Son.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.

Həmçinin, vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: [email protected].

Bundan başqa, səfirliyin məlumatına görə, bu ilin 1 noyabr tarixində Nyu-York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.

Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

Əlavə edilib ki, səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində yerləşdirilib.

Vurğulanıb ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Çikaqo (İllinoys, 9 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Əlavə məlumat üçün: telefon: +1(202)556-9391; Elektron poçt ünvanı: [email protected].


Xəbərə aid fotolar

Bu ərazidə qaz olmayacaq like
  • 18 Okt 09:00  
Digərləri Bu ərazidə qaz olmayacaq

Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Təbii qazı tarixə qovuşduranv ixtira: Ev hamam kimi isinir, xərc yarıbayarı azalır like
  • 18 Okt 08:41  
Digərləri Təbii qazı tarixə qovuşduranv ixtira: Ev hamam kimi isinir, xərc yarıbayarı azalır

Qış mövsümünün başlaması ilə kombilərin istifadəsi artıb. Təbii qaz

arrow Ətraflı
Yaponlar hər gün bunu etdikləri üçün çox ağıllıdırlar like
  • 18 Okt 08:08  
Digərləri Yaponlar hər gün bunu etdikləri üçün çox ağıllıdırlar

Texnologiya və innovasiya ilə tanınan Yaponiya, eyni zamanda zehni intizam v�

arrow Ətraflı
Dişləri evdə tez ağartmaq üsulları  Açıqlama like
  • 18 Okt 07:07  
Digərləri Dişləri evdə tez ağartmaq üsulları Açıqlama

Dişlərin sağlam və gözəl qalması üçün gündə iki dəfə dişləri fı

arrow Ətraflı
Xatirə İslam canlı ifası ilə DİQQƏT ÇƏKDİ like
  • 18 Okt 06:06  
Şou-biznes Xatirə İslam canlı ifası ilə DİQQƏT ÇƏKDİ

Tanınmış müğənni Xatirə İslam canlı efirdəki ifası ilə izləyicilər

arrow Ətraflı
Sarımsaq və soğandan 10 qat daha faydalıdır  Ömrü uzadır like
  • 18 Okt 04:04  
Digərləri Sarımsaq və soğandan 10 qat daha faydalıdır Ömrü uzadır

Təbiətin müalicəvi sərvətləri arasında elələri var ki, təsiri ilə sa

arrow Ətraflı
Bu meyvələri birlikdə yemək olmaz  Diyetoloqlardan XƏBƏRDARLIQ like
  • 18 Okt 03:03  
Digərləri Bu meyvələri birlikdə yemək olmaz Diyetoloqlardan XƏBƏRDARLIQ

Meyvələr orqanizm üçün son dərəcə faydalı olsa da, onların düzgün ş

arrow Ətraflı
Hər gün bir kök yeyin  inanılmaz like
  • 18 Okt 02:02  
Digərləri Hər gün bir kök yeyin inanılmaz

Tərəvəzlər arasında həm ləzzətinə, həm də sağlamlığa faydalarına

arrow Ətraflı
Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib like
  • 18 Okt 01:16  
Siyasət Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub like
  • 18 Okt 01:06  
Siyasət Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

arrow Ətraflı
Pərvinə ad günündə böyük sürpriz EDİLDİ like
  • 18 Okt 01:05  
Şou-biznes Pərvinə ad günündə böyük sürpriz EDİLDİ

Aktrisa Pərvin Abıyevaya ad günündə böyük sürpriz edilib.

arrow Ətraflı
Yeni il gecəsi bu müğənnilər konsertdən like
  • 18 Okt 01:01  
Şou-biznes Yeni il gecəsi bu müğənnilər konsertdən

Yeni ilin qarşılanması ərəfəsində türkiyəli məşhurların səhnə qono

arrow Ətraflı
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər like
  • 18 Okt 01:00  
Siyasət Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

arrow Ətraflı