Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub
Siyasət 18 Okt 2025 01:06:00 95 0
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.
Bu xəbəri də oxu: Mehriban Əliyevanın Vatikan şəhərdövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.
Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.
Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən "Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü" barelyefi və bazilikanın nekropolundakı "Tullius Zetus" məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib. Son.az
Aktrisa Pərvin Abıyevaya ad günündə böyük sürpriz edilib.

Yeni ilin qarşılanması ərəfəsində türkiyəli məşhurların səhnə qono

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Əfsanəvi Argentina serialı "Vəhşi mələk"də "İvo" ob

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yük

Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səb

Ayı kişiyə hücüm edərək onu yaralayıb.

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsind

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Novokuznetsk şəhərində qeyri-adi silahlı qarət hadisəsi baş v

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr
