Məşhur markanın avtomobilləri yolda alışır: Minlərlə maşın geri çağırılır
Digərləri 18 Okt 2025 00:46:00 99 0
Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səbəbindən 59 mindən çox avtomobili geri çağırmaq qərarı verib. ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına görə, bu qüsur yanğın riski yarada biləcək ciddi təhlükə təşkil edir.
Bu xəbəri də oxu: Azərbaycanlıların sevimli mürəbbəsi ilə bağlı həkimdən xəbərdarlıq
Son.az xəbər verir ki, bəzi Ford avtomobillərindəki motor bloku isidiciləri çatlayaraq soyutma mayesinin sızmasına səbəb olur. Bu sızıntı qısa qapanmaya yol açaraq avtomobilin mühərrik hissəsində yanğın baş vermə ehtimalını artırır.
Ford-un geri çağırma siyahısında Lincoln MKC, Explorer, Fusion, Bronco Sport və Maverick modelləri yer alır. Şirkət bildirib ki, indiyədək bu qüsurla əlaqəli hər hansı qəza və ya xəsarət barədə məlumat yoxdur.
Ola biləcək təhlükənin qarşısını almaq üçün Ford avtomobil sahiblərinə rəsmi servis mərkəzləri ilə əlaqə saxlayaraq pulsuz yoxlama etdirilməsini tövsiyə edib. Qüsur aşkar olunduqda motor bloku isidiciləri dəyişdiriləcək.
Ayı kişiyə hücüm edərək onu yaralayıb.

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsind

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Novokuznetsk şəhərində qeyri-adi silahlı qarət hadisəsi baş v

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

ABŞ Prezidenti Donald Trampdan Rusiyanın hərbi gücü barədə fikirləri sor

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini q

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nət

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mə
