Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ötür
Digərləri 18 Okt 2025 00:02:00 89 0
Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.
Bu xəbəri də oxu: Azərbaycana qar yağdı
Son.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: "Siz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Novokuznetsk şəhərində qeyri-adi silahlı qarət hadisəsi baş v

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

ABŞ Prezidenti Donald Trampdan Rusiyanın hərbi gücü barədə fikirləri sor

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini q

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nət

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mə

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş şəxsi aktivlərindən istifad

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı apa

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ prezidenti Donald T
