Dişləri evdə tez ağartmaq üsulları Açıqlama
Digərləri 18 Okt 2025 07:07:00 100 0
Dişlərin sağlam və gözəl qalması üçün gündə iki dəfə dişləri fırçalamaq kifayət deyil.
Bu xəbəri də oxu: Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ötür
Son.az xəbər verir ki, rusiyalı terapevt Nəzir Maqomedov dişlərin gündəlik təmizliyi zamanı insanların çox etdiyi beş səhvi açıqlayıb.
Həkimin sözlərinə görə, birinci səhv dişlərin çox tez fırçalanmasıdır. Bir çox insan dişlərini tələsik təmizləyir və diqqəti yalnız gülümsəmə zamanı görünən ön dişlərə yönəldir. Belə fırçalama təxminən 30 saniyə çəkir və bu müddət keyfiyyətli təmizlik üçün kifayət etmir. Xüsusilə dişlərin daxili hissəsi və çeynəmə səthləri kariyesin ən çox yarandığı yerlərdir. Maqomedov dişləri ən azı iki dəqiqə ərzində fırçalamağı, bunun üçün mahnı, taymer və ya taymeri olan elektrik diş fırçasından istifadə etməyi məsləhət görüb. O, həmçinin dişlərin əvvəlcə xarici, sonra daxili səthlərinin, ardınca isə çeynəmə hissələrinin təmizlənməsinin vacib olduğunu bildirib.
İkinci səhv fırçalama texnikasının düzgün olmamasıdır. Bir çox insan diş fırçasını ön dişlərin üzərində üfüqi hərəkətlərlə aparır. Bu cür hərəkətlər ərpi təmizləmir, sadəcə yayır və diş dibindəki minanı zədələyir. Nəticədə ərp diş ətinin altına yığılır və iltihaba səbəb olur. Həkim düzgün üsul kimi fırçanı diş ətindən dişin ucuna doğru süpürmə hərəkətləri ilə aparmağı məsləhət görüb.
Üçüncü səhv çox sərt fırça və güclü təzyiqdir. Maqomedovun sözlərinə görə, sərt diş fırçası və güclü basma diş minasına və diş ətlərinə zərər verir. Bu, dişlərin soyuq və isti qidalara qarşı həssaslığını artırır, diş ətlərində qanaxma və geriləmə yaradır. Həkim orta və ya yumşaq sərtlikdə fırçadan istifadə etməyi, fırçanı çox güclə deyil, qələm kimi tutmağı, təmizliyə vaxt və texnika baxımından yanaşmağı tövsiyə edib. Fırçanın təxminən iki-üç ayda bir dəyişdirilməsinin vacibliyini də qeyd edib, çünki bu müddətdən sonra tük forması pozulur və bakteriyalar toplanmağa başlayır. Soyuqdəymədən sonra fırçanı dərhal dəyişmək məsləhətdir.
Tanınmış müğənni Xatirə İslam canlı efirdəki ifası ilə izləyicilər

Təbiətin müalicəvi sərvətləri arasında elələri var ki, təsiri ilə sa

Meyvələr orqanizm üçün son dərəcə faydalı olsa da, onların düzgün ş

Tərəvəzlər arasında həm ləzzətinə, həm də sağlamlığa faydalarına

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Aktrisa Pərvin Abıyevaya ad günündə böyük sürpriz edilib.

Yeni ilin qarşılanması ərəfəsində türkiyəli məşhurların səhnə qono

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

Əfsanəvi Argentina serialı "Vəhşi mələk"də "İvo" ob

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yük

Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səb

Ayı kişiyə hücüm edərək onu yaralayıb.

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsind

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.
