Xalq artisti Vamiq Məmmədəliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb FOTO


Kriminal 09 Okt 2025 18:15:00 68 0

Xalq artisti  Vamiq Məmmədəliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb  FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün silsilə ustad dərsləri keçirilir.

Dahi bəstəkar, musiqişünas, təhsil təşkilatçısı və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunan ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.  Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə ustad dərsi keçirilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə müəllim və şagirdlər iştirak ediblər.  MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əsas məqsəd musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir. Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.  Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə təntənə ilə qeyd edilir, onun mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələr minnətdarlıqla yada salınır. Bildirilib ki, musiqi mədəniyyətimizə şah əsərlər bəxş edən dahi bəstəkarın əsasını qoyduğu tədris ənənələri bu gün uğurla davam və inkişaf etdirilir. Sonra Xalq artisti Vamiq Məmmədəliyev tar aləti və onun ifaçılıq xüsusiyyətlərindən bəhs edib. Şagirdlərin ifasını dinləyən ustad tarzən öz tövsiyələrini verib, müəllim və şagirdlərin suallarını cavablandırıb. Həmin gün Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində isə qanun ifaçılığı üzrə ustad dərsi təşkil olunub.  MEMİM-in Strateji təhlil və təlimlərin təşkili şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihə barədə məlumat verib, Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdəki müstəsna yerindən danışıb.  Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Təranə Əliyevanın iştirakı ilə keçirilən dərsdə şagirdlərin ifası dinlənilib. T.Əliyeva qanun alətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq texnikası ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.  Qeyd edək ki, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində keçirilən ustad dərsləri respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılır. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az


Xəbərə aid fotolar

“Varlı xarici kişi axtarıram” yazıb, Bakı küçələrinə düşdü like
  • 09 Okt 18:10  
Digərləri “Varlı xarici kişi axtarıram” yazıb, Bakı küçələrinə düşdü

Bakıda gənc bir qızın "Varlı xarici kişi axtarıram" sözlərini

arrow Ətraflı
Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı  SƏBƏB like
  • 09 Okt 18:00  
Digərləri Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı SƏBƏB

Bakıda fəaliyyət göstərən bir neçə notariusun fəaliyyəti hazırda daya

arrow Ətraflı
“Sənətin Sərhədi Yoxdur” adlı Beynəlxalq Festivalı keçiriləcək like
  • 09 Okt 17:50  
Kriminal “Sənətin Sərhədi Yoxdur” adlı Beynəlxalq Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq "Sənətin Sərhədi Yoxdur" adlı Bey

arrow Ətraflı
Böyrəyini vermişdi, toyuna belə çağırılmadı like
  • 09 Okt 17:30  
Şou-biznes Böyrəyini vermişdi, toyuna belə çağırılmadı

2017-ci ildə lupus müalicəsi üçün böyrəyini dünyaca məşhur müğənni

arrow Ətraflı
Süni intellekt bakteriyaları öldürən viruslar yaratdı  Tibbdə yeni dövr başlayır like
  • 09 Okt 11:53  
Digərləri Süni intellekt bakteriyaları öldürən viruslar yaratdı Tibbdə yeni dövr başlayır

Alimlər süni intellektin köməyi ilə bakteriyaları məhv edə bilən 16 vir

arrow Ətraflı
Qalmaqal pik HƏDDƏ: "Sizin danışığınıza tüpürüm" like
  • 09 Okt 11:45  
Şou-biznes Qalmaqal pik HƏDDƏ: "Sizin danışığınıza tüpürüm"

Müğənnilər Pünhan Piriyevlə Ülviyyə Namazova arasında gərginlik pik h

arrow Ətraflı
Azərbaycan Prezidenti Tacikistana səfərə gedib like
  • 09 Okt 11:43  
Siyasət Azərbaycan Prezidenti Tacikistana səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası

arrow Ətraflı
"Gecə 2də məni yığıb dostumlayam, gəl deyir" like
  • 09 Okt 11:36  
Şou-biznes "Gecə 2də məni yığıb dostumlayam, gəl deyir"

Müğənni Vəfa Şərifova qalmaqallı açıqlama verib.

arrow Ətraflı
İsrail saxladığı türk deputatları deportasiya edir like
  • 09 Okt 11:24  
Dünya İsrail saxladığı türk deputatları deportasiya edir

İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmi

arrow Ətraflı
Tanınmış bloqerin kartından oğurluq edilib  FOTO like
  • 09 Okt 11:20  
Şou-biznes Tanınmış bloqerin kartından oğurluq edilib FOTO

Tanınmış bloqerin kartından oğurluq edilib.

arrow Ətraflı
Atəşkəs xəbərindən sonra Qəzza like
  • 09 Okt 11:06  
Dünya Atəşkəs xəbərindən sonra Qəzza

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arası

arrow Ətraflı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual  FOTO like
  • 09 Okt 11:00  
Şou-biznes Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual FOTO

İstanbulda məşhurlara qarşı başlanan narkotik əməliyyatında Hadisə, De

arrow Ətraflı
Jurnalist Elçin Alıoğluna qarşı suiqəsd hazırlanıb like
  • 09 Okt 10:59  
Digərləri Jurnalist Elçin Alıoğluna qarşı suiqəsd hazırlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnform

arrow Ətraflı
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək like
  • 09 Okt 10:57  
Digərləri Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu

arrow Ətraflı