“Sənətin Sərhədi Yoxdur” adlı Beynəlxalq Festivalı keçiriləcək
Kriminal 09 Okt 2025 17:50:00 83 0
Azərbaycanda ilk dəfə olaraq "Sənətin Sərhədi Yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı keçiriləcək. Festivalın rəsmi açılışı 14 oktyabr tarixində Xətai Sənət Mərkəzində baş tutacaq.
Bu xəbəri də oxu: Xalq artisti Vamiq Məmmədəliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb FOTO
Festivalın məqsədi incəsənətin şəfalı gücünü nümayiş etdirmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclərin yaradıcı potensialını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sənətə olan marağı artırmaqdır.
Nəzərinizə çatdıraq ki, festival çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və böyük rəssamlar üçün silsilə ustad dərsləri, plenerlər təşkil olunmuşdur və bu tədbilərdən seçilmiş 30 müəllifin əsəri festivalın açılışında təqdim olunacaq. Festival çərçivəsində Azərbaycanla yanaşı 11 ölkədən - İspaniya, Slovakiya, İran, Pakistan, Türkiyə, Ukrayna, Banqladeş, Rusiya, Kanada, Hindistandan umumilikdə 18 ustad rəssam xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir araya gələcək, əsərlərini sərgiləyəcək, həmçinin, performans göstərəcəklər.
Festival iştirakçısına beynəlxalq sertifikat və dəstəkçilərdən hədiyyə təqdim olunacaq. Rəssamlar və əsərlər haqqında rəqəmsal kataloq hazırlanacaq.
Festivalın gündəliyi: 14 oktyabr: Xətai Sənət Mərkəzi Açılış mərasimi, xüsusi qayğıya ehtiyacı olan müəlliflərin və qonaq rəssamların sərgisi , demo performanslar
15 oktyabr: Qobustan Azərbaycanın zəngin mədəni irsi ilə tanışlıq və ekskursiya
16 oktyabr: Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan və beynəlxalq rəssamların birgə sərgisi və festivalın bağlanışı
Festivalın çağırışı: Dünya rənglərlə gözəldir!
Gəlin, sənətin gücü ilə fərqli dünyalarımızı birləşdirək! "Sənətin Sərhədi Yoxdur" vasitəsilə ruhumuzu ifadə edək, birlikdə yaradaq və paylaşaq!
Festivalın Təşkilatçısı • IWS Art for Healing (Beynəlxalq Akvarel Cəmiyyəti nəzdində fəaliyyət göstərir)
Sponsorlar Paşa Holding Xətai Sənət Mərkəzi Mehriban Alışova (Rəssam)
Təşkilati Dəstəkçiləri • IWS Azerbaijan • IWS Khatai Art Center • IWS Xətai Uşaq Sənəti Qalereyası • IWS Ecaz Art • IWS Azerbaijan Kids Art • IWS Sumgait Art Center • IWS Culture & Art Akcakoca • Rəssamlıq Sənətinin İnkişafına Dəstək İctimai Birliyi • Azərbaycan Rəssamlar İttifaqı • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası • Azərbaycan Televiziyası və Radio verilişləri QSC-i • Xətai rayonu İcraHakimiyyəti • Xətai Sənət Mərkəzi Kuratorlar: Elminaz Qəhrəmanova Səbinə İskəndər Koordinatorlar: Rahim İbrahimov Yaşar Birinci
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2017-ci ildə lupus müalicəsi üçün böyrəyini dünyaca məşhur müğənni

Alimlər süni intellektin köməyi ilə bakteriyaları məhv edə bilən 16 vir

Müğənnilər Pünhan Piriyevlə Ülviyyə Namazova arasında gərginlik pik h

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası

Müğənni Vəfa Şərifova qalmaqallı açıqlama verib.

İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmi

Tanınmış bloqerin kartından oğurluq edilib.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arası

İstanbulda məşhurlara qarşı başlanan narkotik əməliyyatında Hadisə, De

Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnform

Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu

Kibertəhlükəsizlik festivalının ölkəmizin kibertəhlükəsizlik ekosistem

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliy

Oktyabr ayı bəzi bürclər üçün yeni başlanğıcların, gözlənilməz fü
