Süni intellekt bakteriyaları öldürən viruslar yaratdı Tibbdə yeni dövr başlayır
Digərləri 09 Okt 2025 11:53:00 75 0
Alimlər süni intellektin köməyi ilə bakteriyaları məhv edə bilən 16 virusu uğurla layihələndiriblər. Bu kəşf antibiotiklərin təsirini itirdiyi dövrdə tibbdə inqilabi dönüş nöqtəsi hesab olunur. Lakin eyni zamanda biotəhlükəsizlik baxımından da ciddi narahatlıqlara səbəb olub.
Bu xəbəri də oxu: Payızda pəncərənin kənarına duz qoyun
Son.az xəbər verir ki, Stenford Universiteti və Arc İnstitutu alimləri Evo-1 və Evo-2 adlı qabaqcıl süni intellekt modellərindən istifadə edərək bakteriyaları hədəf alan bakteriofaqların tam genomlarını hazırlayıblar. Bu, tarixdə ilk dəfə süni intellekt vasitəsilə virusun sıfırdan dizayn edilməsidir.
Tədqiqat zamanı süni intellekt təxminən 2 milyon bakteriofaq genomu üzərində öyrədilib və DNT ardıcıllıqlarındakı nümunələri tanımağı öyrənib. Nəticədə phiX174 adlı sadə bir virusun yeni variantları yaradılıb və E. coli bakteriyalarına qarşı sınaqdan keçirilib.
Laborator sınaqlarda 302 süni intellekt dizaynından 16-sı bakteriyaları uğurla məhv edib, hətta bəziləri təbii viruslardan daha güclü təsir göstərib.
Sintetik biologiyanın banilərindən biri, alim J. Craig Venter texnologiyanın potensial təhlükəsinə diqqət çəkib:
"Virusların yaradılmasında süni intellektdən istifadə çox ehtiyatla aparılmalıdır. Təsadüfi və gözlənilməz nəticələr fəlakətə səbəb ola bilər."
Müğənnilər Pünhan Piriyevlə Ülviyyə Namazova arasında gərginlik pik h

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası

Müğənni Vəfa Şərifova qalmaqallı açıqlama verib.

İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmi

Tanınmış bloqerin kartından oğurluq edilib.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arası

İstanbulda məşhurlara qarşı başlanan narkotik əməliyyatında Hadisə, De

Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnform

Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu

Kibertəhlükəsizlik festivalının ölkəmizin kibertəhlükəsizlik ekosistem

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliy

Oktyabr ayı bəzi bürclər üçün yeni başlanğıcların, gözlənilməz fü

"Bu, başından yuxarı danışdığın sözün cavabı idi"

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimai
