Gəncədə yaşayış binasında partlayış, xəsarət alanlar var YENİLƏNİB
Digərləri 09 Okt 2025 17:44:00 76 0
17:44
Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
17:24
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Son.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
2017-ci ildə lupus müalicəsi üçün böyrəyini dünyaca məşhur müğənni

Alimlər süni intellektin köməyi ilə bakteriyaları məhv edə bilən 16 vir

Müğənnilər Pünhan Piriyevlə Ülviyyə Namazova arasında gərginlik pik h

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası

Müğənni Vəfa Şərifova qalmaqallı açıqlama verib.

İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmi

Tanınmış bloqerin kartından oğurluq edilib.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arası

İstanbulda məşhurlara qarşı başlanan narkotik əməliyyatında Hadisə, De

Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnform

Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu

Kibertəhlükəsizlik festivalının ölkəmizin kibertəhlükəsizlik ekosistem

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliy

Oktyabr ayı bəzi bürclər üçün yeni başlanğıcların, gözlənilməz fü

"Bu, başından yuxarı danışdığın sözün cavabı idi"
