Trampın “Qəzza Planı”nın təfərrüatı açıqlandı – Xəritə paylaşıldı


Dünya 29 Sen 2025 23:41:00 83 0

Trampın “Qəzza Planı”nın təfərrüatı açıqlandı – Xəritə paylaşıldı

ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən Qəzza mövzusundakı görüşdən sonra Trampın təqdim etdiyi "Qəzza Planı" barədə geniş məlumat ictimaiyyətə açıqlanıb. Plana əsasən, İsrail Qəzzanı nə işğal edəcək, nə də ilhaq edəcək, bölgə silahlardan təmizlənəcək və əsirlər azad ediləcək. Həm İsrail, həm də HƏMAS təklifi qəbul edərsə, müharibə dərhal dayandırılacaq. Qəzzada keçid dövrünə şəxsən Donald Tramp rəhbərlik edəcək.

Bundan əlavə, İsrail ordusunun Qəzzadan mərhələli şəkildə geri çəkilməsini əks etdirən xəritə də paylaşılıb.

Mavi xətt: İsrail ordusunun hazırkı nəzarət xətti

Sarı xətt: 1-ci mərhələdə geri çəkilmə xətti

Qırmızı xətt: 2-ci mərhələdə geri çəkilmə xətti

Zolaqlı sahə: 3-cü mərhələdə geri çəkiləcək təhlükəsizlik zonası

Trampın Qəzza Planının əsas maddələri

Qəzza qonşularına təhlükə yaratmayan, radikalizmdən və terrorçuluqdan təmizlənmiş bölgəyə çevriləcək.

Bölgə yerli əhalinin rifahı üçün yenidən qurulacaq.

Tərəflər razılaşmanı qəbul edərsə, döyüşlər dərhal dayandırılacaq və İsrail mərhələli şəkildə Qəzzadan çıxacaq.

İsrail razılaşmanı təsdiqlədikdən sonra 48 saat ərzində sağ əsirlər və cəsədlər qaytarılacaq.

Əsir dəyişməsindən sonra İsrail yüzlərlə fələstinli məhbusu və minlərlə Qəzza sakininə aid cəsədləri azad edəcək.

Əsir qaytarıldıqdan sonra, sülhə razı olan HƏMAS üzvlərinə əfv veriləcək və istəsələr, üçüncü ölkələrə təhlükəsiz keçid təmin olunacaq.

Qəzzaya gündə 600 humanitar yük maşını daxil olacaq, infrastrukturun bərpası və dağıntıların təmizlənməsi üçün yardım artırılacaq.

Yardımlar BMT və Qızıl Aypara vasitəsilə, İsrail və HƏMAS-ın müdaxiləsi olmadan paylanacaq.

Qəzzanı idarə etmək üçün fələstinli texnokratlardan ibarət müvəqqəti hökumət qurulacaq, bu hökumət beynəlxalq struktur tərəfindən nəzarətdə olacaq.

Yenidənqurma üçün müasir şəhər planlaması və iqtisadi inkişaf proqramları hazırlanacaq.

Qəzzada iqtisadi zona yaradılacaq, gömrük rüsumları azaldılacaq.

Qəzzalılar zorla çıxarılmayacaq, bölgədə qalmaq və yeni həyat qurmaq təşviq ediləcək.

HƏMAS idarəçilikdə iştirak etməyəcək, bütün hərbi tunellər və infrastrukturlar məhv ediləcək.

Regional tərəfdaşlar təhlükəsizlik zəmanəti verəcək.

Qəzzada təhlükəsizliyi təmin etmək üçün müvəqqəti beynəlxalq sabitlik qüvvəsi yerləşdiriləcək və yerli polis gücləri yetişdiriləcək.

İsrail Qəzzanı ilhaq etməyəcək və nəzarəti tədricən beynəlxalq qüvvələrə ötürəcək.

HƏMAS razılaşmanı qəbul etməsə, plan yalnız silahsızlaşdırılmış zonalarda tətbiq ediləcək.

İsrail gələcəkdə Qətərə hücum etməyəcəyinə razılaşıb; Qətərin vasitəçilik rolu tanınır.

Radikalizmdən uzaqlaşdırmaq üçün dini dialoq və maarifləndirmə proqramları həyata keçiriləcək.

Qəzzanın yenidən qurulması və Fələstin rəhbərliyinin islahatları nəticəsində gələcəkdə Fələstin Dövlətinin qurulması üçün şərait yarana bilər.

ABŞ, İsrail və fələstinlilər arasında sülh və birgəyaşayış üçün siyasi dialoq prosesinə start verəcək.

Bu plan, Yaxın Şərqdə uzun illərdir davam edən münaqişəyə sülh yolu ilə son qoymaq üçün Tramp administrasiyasının indiyədək təqdim etdiyi ən genişmiqyaslı təklif kimi qiymətləndirilir. Planın uğuru isə həm İsrailin, həm də HƏMAS-ın atacağı addımlardan asılı olacaq. Lalə Qüdrətova Son.az

Hollivud ulduzu tanınmaz dərəcədə DƏYİŞDİ like
  • 29 Sen 23:39  
Şou-biznes Hollivud ulduzu tanınmaz dərəcədə DƏYİŞDİ

Tanınmış Hollivud aktyoru Ceyson Stethem sevgilisi Rozi Hantinqton-Uaytli�

arrow Ətraflı
Əfqanıstanda internet tamamilə kəsildi like
  • 29 Sen 23:33  
Dünya Əfqanıstanda internet tamamilə kəsildi

Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib.

arrow Ətraflı
Məktəblilər üçün yenilik  Çatbot hazırlanır like
  • 29 Sen 23:24  
Digərləri Məktəblilər üçün yenilik Çatbot hazırlanır

Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların sualla

arrow Ətraflı
Bəhram Bağırzadə: "Dünyamın bir parçasını itirdim... " like
  • 29 Sen 23:20  
Digərləri Bəhram Bağırzadə: "Dünyamın bir parçasını itirdim... "

"Mənim dostum, qardaşım, mənim Cabirim artıq yoxdur... Onun ürəyi da

arrow Ətraflı
Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı  Yığışdırılır like
  • 29 Sen 23:17  
Digərləri Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı Yığışdırılır

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) −

arrow Ətraflı
Məşhur kardioloq Cabirin ölümündə onları hədəfə aldı like
  • 29 Sen 23:13  
Digərləri Məşhur kardioloq Cabirin ölümündə onları hədəfə aldı

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzv

arrow Ətraflı
Qadınlar bu məsələdə özlərinə söz keçirə bilmirlər  Alimlər təsdiqlədi like
  • 29 Sen 23:05  
Digərləri Qadınlar bu məsələdə özlərinə söz keçirə bilmirlər Alimlər təsdiqlədi

Qadınlarda zərərli qidalardan asılılıq kişilərə nisbətən daha çox ya

arrow Ətraflı
Çay stəkanına tüpürən qız DANIŞDI like
  • 29 Sen 22:51  
Digərləri Çay stəkanına tüpürən qız DANIŞDI

Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefon

arrow Ətraflı
"Pulumu xərcləyəcək yaraşıqlı kişi axtarıram" like
  • 29 Sen 22:47  
Şou-biznes "Pulumu xərcləyəcək yaraşıqlı kişi axtarıram"

Türkiyəli məşhur müğənni Bülent Ersoy səhnədə etdiyi açıqlama ilə

arrow Ətraflı
Trampla görüşü zamanı zəng edib bu ölkədən üzr istədi like
  • 29 Sen 22:33  
Dünya Trampla görüşü zamanı zəng edib bu ölkədən üzr istədi

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Ev

arrow Ətraflı
Qarabağ Universitetində növbəti yenilik  1,4 milyonluq LAYİHƏ like
  • 29 Sen 22:21  
Digərləri Qarabağ Universitetində növbəti yenilik 1,4 milyonluq LAYİHƏ

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həm�

arrow Ətraflı
Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı like
  • 29 Sen 22:15  
Dünya Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arası

arrow Ətraflı
"Əri evinieşiyini satıb həbsdən buraxdırsın" like
  • 29 Sen 22:12  
Şou-biznes "Əri evinieşiyini satıb həbsdən buraxdırsın"

Tarix Əliyev aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət çə

arrow Ətraflı