Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı Yığışdırılır


Digərləri 29 Sen 2025 23:17:00 77 0

Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı  Yığışdırılır

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Bu barədə Son.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Sınaq nəticəsində "Rekord-2022" MMC-yə məxsus 1 nümunədə ("Rekord" əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və "Qəbələ Konserv Zavodu" MMC-yə məxsus 2 nümunədə ("Chipsim Kabab" əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, "Chipsim Tomat" əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində "E621" və ya "monosodium glutamate" kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, "fast food", çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər.

Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.


Xəbərə aid video

Çay stəkanına tüpürən qız DANIŞDI like
  • 29 Sen 22:51  
Digərləri Çay stəkanına tüpürən qız DANIŞDI

Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefon

arrow Ətraflı
"Pulumu xərcləyəcək yaraşıqlı kişi axtarıram" like
  • 29 Sen 22:47  
Şou-biznes "Pulumu xərcləyəcək yaraşıqlı kişi axtarıram"

Türkiyəli məşhur müğənni Bülent Ersoy səhnədə etdiyi açıqlama ilə

arrow Ətraflı
Qarabağ Universitetində növbəti yenilik  1,4 milyonluq LAYİHƏ like
  • 29 Sen 22:21  
Digərləri Qarabağ Universitetində növbəti yenilik 1,4 milyonluq LAYİHƏ

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həm�

arrow Ətraflı
Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı like
  • 29 Sen 22:15  
Dünya Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arası

arrow Ətraflı
"Əri evinieşiyini satıb həbsdən buraxdırsın" like
  • 29 Sen 22:12  
Şou-biznes "Əri evinieşiyini satıb həbsdən buraxdırsın"

Tarix Əliyev aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət çə

arrow Ətraflı
Bu ərazilərdə işıq olmayacaq like
  • 29 Sen 21:58  
Digərləri Bu ərazilərdə işıq olmayacaq

Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr

arrow Ətraflı
“Oxumağımı Zeynəb Xanlarova özü istədi” like
  • 29 Sen 21:39  
Şou-biznes “Oxumağımı Zeynəb Xanlarova özü istədi”

Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın adını daşıyan n�

arrow Ətraflı
Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR like
  • 29 Sen 21:36  
Digərləri Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR

Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞH

arrow Ətraflı
Cabir İmanovla vida mərasiminin yeri məlum oldu like
  • 29 Sen 21:34  
Digərləri Cabir İmanovla vida mərasiminin yeri məlum oldu

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Tə

arrow Ətraflı
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?" like
  • 29 Sen 21:33  
Digərləri “Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?"

"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaş

arrow Ətraflı
Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz  Açıqlama like
  • 29 Sen 21:18  
Digərləri Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dö

arrow Ətraflı
İllər sonra küsülülük iddiasına son qoydu  Foto like
  • 29 Sen 20:58  
Şou-biznes İllər sonra küsülülük iddiasına son qoydu Foto

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti

arrow Ətraflı
Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək? like
  • 29 Sen 20:54  
Digərləri Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobusların�

arrow Ətraflı
Nəfəs geyimi ilə müzakirələr yaratdı like
  • 29 Sen 20:43  
Şou-biznes Nəfəs geyimi ilə müzakirələr yaratdı

Müğənni Nəfəs səhnə tərzi ilə diqqət çəkib.

arrow Ətraflı