Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR


Digərləri 29 Sen 2025 21:36:00 68 0

Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR

Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞHK) komandasının üzvü, Əməkdar artist Cabir İmanovun vəfatı bütün sənət aləmini dərindən sarsıdıb.

Son.az xəbər verir ki, tanınmış aktyor və aparıcı Fərda Xudaverdiyev Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı dərin kədərini ifadə edib.

Fərda Xudaverdiyev bu acı xəbərlə bağlı sosial media hesabında yazıb.

O, Cabir İmanova müraciətlə "Bir tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim" deyərək, onların arasındakı qardaş münasibətini vurğulayıb.

Aktyor anasının vəfatından sonra Cabir İmanovun ona zəng edib təsəlli verməsini xatırlayaraq bu cümləni yazıb: "Nə bilərdik ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan, əziz qardaşım".

Həmçinin Azərbaycanın bir çox məşhur simaları öz kədərlərini sosial media hesablarından etdikləri paylaşımla bildiriblər.

Cabir İmanovun vəfat xəbəri sənət dünyasının digər tanınmış üzvlərini də dərindən təsirləndirib.

Müğənni Röya Ayxan bu xəbərə inanmaqda çətinlik çəkdiyini ifadə edərək, "Dünən bir yerdə idik.. bu gün isə. Dəli olmuşam, söz tapmıram" şəklində yazıb.

Xalq artisti Aygün Kazımova da dostunun itkisi ilə bağlı kədərini bölüşərək, "Əziz dostum. Bu çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin" sözlərini qeyd edib.

Müğənni Abbas Bağırov isə bu xəbərin doğru olmamasını arzulayaraq, "Bu xəbər kaş doğru olmayaydı. Cabir İmanov Allah sənə rəhmət eləsin. Sən çox yaxşı insan, çox yaxşı dost idin" deyib.

Digər tanınmış simalar da İmanovun itkisindən duyduqları kədəri ifadə ediblər. Müğənni Nigar Camal "Çox pis oldum, Allah rəhmət eləsin!" yazıb, Eyyub Yaqubov və Rafael İsgəndərov da "Allah rəhmət eləsin" yazaraq mərhuma rəhmət diləyiblər. Nura Suri də eyni kədəri paylaşaraq, "Çox pis oldum bu xəbərə. Allah rəhmət eləsin" yazıb.

Cabir İmanov sənətdəki yaddaqalan rolları və istedadı ilə Azərbaycan incəsənət tarixində dərin iz buraxıb. Son.az

Cabir İmanovla vida mərasiminin yeri məlum oldu like
  • 29 Sen 21:34  
Digərləri Cabir İmanovla vida mərasiminin yeri məlum oldu

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Tə

arrow Ətraflı
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?" like
  • 29 Sen 21:33  
Digərləri “Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?"

"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaş

arrow Ətraflı
Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz  Açıqlama like
  • 29 Sen 21:18  
Digərləri Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dö

arrow Ətraflı
İllər sonra küsülülük iddiasına son qoydu  Foto like
  • 29 Sen 20:58  
Şou-biznes İllər sonra küsülülük iddiasına son qoydu Foto

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti

arrow Ətraflı
Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək? like
  • 29 Sen 20:54  
Digərləri Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobusların�

arrow Ətraflı
Nəfəs geyimi ilə müzakirələr yaratdı like
  • 29 Sen 20:43  
Şou-biznes Nəfəs geyimi ilə müzakirələr yaratdı

Müğənni Nəfəs səhnə tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Cabir İmanov dünən bu toyda imiş like
  • 29 Sen 20:29  
Digərləri Cabir İmanov dünən bu toyda imiş

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib.

arrow Ətraflı
Salman Məmmədliyə yüksək vəzifə verildi like
  • 29 Sen 20:24  
Digərləri Salman Məmmədliyə yüksək vəzifə verildi

Naxçıvan Beynəlxalq Hava Limanının yeni direktoru müəyyənləşib.

arrow Ətraflı
“Onlara səhv etmək imkanı verməliyik”  Nazir like
  • 29 Sen 20:21  
Digərləri “Onlara səhv etmək imkanı verməliyik” Nazir

"Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı ve

arrow Ətraflı
Botoksdan sonra görmə və nitq pozuntusu riski artır like
  • 29 Sen 20:15  
Digərləri Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyek

arrow Ətraflı
Ofelya aparıcı ilə "qırğına çıxdı": stəkanı yerə çırparaq sındırdı like
  • 29 Sen 20:00  
Şou-biznes Ofelya aparıcı ilə "qırğına çıxdı": stəkanı yerə çırparaq sındırdı

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əs

arrow Ətraflı
Mülki şəxslərin atəşə tutması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub like
  • 29 Sen 19:51  
Siyasət Mülki şəxslərin atəşə tutması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Qəzza danışıqları son mərhələdədir" like
  • 29 Sen 19:44  
Dünya "Qəzza danışıqları son mərhələdədir"

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sülh danışıqlarının son m

arrow Ətraflı
Uşağa şirniyyatı tam qadağan etmək olmaz  Dietoloq açıqladı like
  • 29 Sen 19:30  
Digərləri Uşağa şirniyyatı tam qadağan etmək olmaz Dietoloq açıqladı

Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.

arrow Ətraflı