Trampla görüşü zamanı zəng edib bu ölkədən üzr istədi
Dünya 29 Sen 2025 22:33:00 76 0
İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüş zamanı Qətər Baş naziri ilə telefonla danışaraq, 9 sentyabrda Dohaya edilən hücuma görə rəsmi üzrünü çatdırıb.
Bu xəbəri də oxu: Bütün hava limanları fəaliyyətini dayandırdı Bu ölkədə
Ağ Ev hadisə ilə bağlı verdiyi rəsmi açıqlamada bildirib ki, Prezident Donald Tramp, İsrail Baş naziri Netanyahu və Qətər Baş naziri Məhəmməd bin Abdurrahman bin Casim Əl-Sani ilə üçtərəfli telefon danışığı aparıb.
Tramp, uzun illər davam edən gərginlikdən sonra İsrail-Qətər münasibətlərinin müsbət istiqamətə yönəldilməsini arzuladığını vurğulayıb.
Liderlər koordinasiyanı və dialoqu gücləndirmək, qarşılıqlı narazılıqları aradan qaldırmaq və potensial təhdidlərin qarşısını almaq üçün üçtərəfli mexanizmin yaradılmasına razılıq veriblər.
Netanyahu, İsrailin Qətərdəki Həmas hədəflərinə endirdiyi hücum nəticəsində təsadüfən bir Qətər əsgərinin həlak olmasına görə "dərin təəssüf" ifadə edib. O, həmçinin Qətərin suverenliyinin pozulmasına görə üzr istəyib və gələcəkdə bu cür hücumların təkrarlanmayacağını bildirib.
Qətər Baş naziri Əl-Sani bu üzrxahlığı müsbət qarşılayaraq, ölkəsinin bölgədə təhlükəsizlik və sabitliyə töhfə verməyə davam edəcəyini qeyd edib. Hər iki tərəf Qəzzadakı münaqişənin həlli və qarşılıqlı anlaşmanın artırılması məsələlərini müzakirə edib.
Hadisə İsraildə birmənalı qarşılanmayıb. Ultra-sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Netanyahu-nun Qətərə üzr zənginə sərt reaksiya verib.
Ben-Qvir sosial mediada paylaşım edərək, Dohaya hücumu "vacib, ədalətli və əxlaqi" adlandırıb və bildirib:
"Qətər terrorizmi dəstəkləyən, maliyyələşdirən və qızışdıran bir dövlətdir. Onların əlindəki terroru heç bir pul təmizləyə bilməz."
Qeyd edək ki, 9 sentyabrda İsrail ordusu Qətərin paytaxtı Doha şəhərinə hava zərbəsi endirib. Hücum nəticəsində şəhərin şimalındakı West Bay Lagoon bölgəsinə yaxın ərazidə yerləşən kompleks ağır zərər görüb.
İsrail ordusu açıqlamasında hücumun Qətərdəki Həmas rəhbərliyinə qarşı "dəqiq zərbə" əməliyyatı olduğunu bildirib. Hücumda 15 qırıcı təyyarə iştirak edib və hədəfə 10 ədəd idarəolunan sursat atılıb.
Qətər 2012-ci ildən bəri Həmasın siyasi ofisinə ev sahibliyi edir və 7 oktyabr 2023-dən bəri İsrail və Həmas arasında dolayı danışıqlarda vasitəçilik rolunu oynayır. Lalə Qüdrətova Son.az
Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həm�

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arası

Tarix Əliyev aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət çə

Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr

Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın adını daşıyan n�

Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞH

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Tə

"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaş

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dö

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobusların�

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib.

Naxçıvan Beynəlxalq Hava Limanının yeni direktoru müəyyənləşib.
