Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi


Digərləri 26 May 2025 22:49:00 90 0

Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi

Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının təxminən 800-dən artıq məhkumun müraciətini araşdırması ilə bağlı mətbuatda məlumatlar yayılırdı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, əfv sərəncamının imzalanması ənənədir:

"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti əfv sərəncamını imzalayıb. Bununla da humanizm prinsiplərindən çıxış edərək vaxtilə səhv etmiş, cinayət törətmiş şəxslərin əfv olunmasına qərar verib. Bu həmin məhbuslar sayda ailənin sevincinə səbəb olan məsələdir. Bu vaxtilə cinayət törətmiş şəxslərin əfv olunması ilə yanaşı eyni zamanda digərlərinin də ümidinə səbəb olan aktdır. Azad olunmağı gözləyən yüzlərlə məhbuslarımız var ki, onların da gələcəkdə əfv olunması gözləniləndir. Biz bunu alqışlayırıq. Prezident ilham Əliyev tərəfindən imzalanan bu sərəncam hər birimiz tərəfindən təqdirəlayiq qiymətləndirilir".

Deputat bildirib ki, amnistiya aktı ilə bağlı da gözləntilər var:

"Ümid edirik ki, Konstitusiya və Suverenlik ilimizdə amnistiya aktının da imzalanması istisna deyil. Bu olarsa, daha geniş spektrı əhatə edəc ək və daha çox məsuliyyətə cəlb olunmuş şəxsin məsuliyyətdən azad olunmasına səbəb ola biləcək bir humanizm aktı ola biləcək. Bu da gözləntilərimiz içərisindədir. Bir daha əfv olunan şəxsləri və yaxınlarını təbrik edirik".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamları ölkənin hüquqi və sosial siyasətində mühüm rol oynayır.

"Bu qərarlar dövlətin humanizm prinsiplərinə sadiqliyini və vətəndaşların hüquqlarına hörmətini bir daha təsdiqləyir. 2025-ci il mayın 26-da imzalanan sərəncamla 175 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, 25 nəfərin cəzası yarıyadək azaldılıb, 10 nəfər azadlığın məhdudlaşdırılması cəzasından tam azad edilib. Bu, ölkədə hüquqi sistemin çevikliyini və insan amilinə verilən önəmi vurğulayan mühüm addımdır. Əfv sərəncamları adətən əlamətdar tarixlərdə və xüsusi hadisələr zamanı qəbul edilir. Məsələn, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanan sərəncam 801 məhkuma şamil olunmuşdu. Bu, müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktlarından biri idi."

Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi like
  • 26 May 22:33  
Şou-biznes Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi

Aktrisa Xuraman Əlizadə ayrıldığı həyat yoldaşı Muradla barışıb. 

arrow Ətraflı
NaxçıvanŞahbuz yolunda ağır qəza  ölən və yaralananlar var like
  • 26 May 22:20  
Digərləri NaxçıvanŞahbuz yolunda ağır qəza ölən və yaralananlar var

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınla

arrow Ətraflı
Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var like
  • 26 May 22:08  
Digərləri Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var

Türkiyənin Sivas vilayətinin Zara rayonuna bağlı Kardere kəndinin Yanık

arrow Ətraflı
Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər like
  • 26 May 21:42  
Siyasət Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək like
  • 26 May 21:37  
Digərləri Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə �

arrow Ətraflı
Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi like
  • 26 May 21:26  
Kriminal Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzlu

arrow Ətraflı
19 yaşlı tiktoker xərçəngdən öldü  FOTO like
  • 26 May 21:13  
Şou-biznes 19 yaşlı tiktoker xərçəngdən öldü FOTO

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ru

arrow Ətraflı
Xalq artisti uzun aradan sonra efirdə like
  • 26 May 20:27  
Şou-biznes Xalq artisti uzun aradan sonra efirdə

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

arrow Ətraflı
"Azərbaycanla sülhə çox yaxınıq" like
  • 26 May 20:13  
Siyasət "Azərbaycanla sülhə çox yaxınıq"

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən �

arrow Ətraflı
"Bir ilin içində çox qocalmışam" like
  • 26 May 20:00  
Şou-biznes "Bir ilin içində çox qocalmışam"

Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib like
  • 26 May 19:55  
Siyasət Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? like
  • 26 May 19:39  
Digərləri Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir?

Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçi

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib like
  • 26 May 19:28  
Siyasət Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əli

arrow Ətraflı