Erməni əsirliyində olmuş azərbaycanlı: Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir


Siyasət 26 May 2025 20:48:00 105 0

Erməni əsirliyində olmuş azərbaycanlı: Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Zahid Həsənov əsir düşməsi, əsirlik zamanı gördüyü işgəncələrdən danışıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib: "Mart ayının 8-də həmin kəndə ermənilər daxil oldu. Biz 4 nəfər yaralını əsir götürdülər. Yaralı vəziyyətdə bizi "KamAZ"la aparanda, sonra xəstəxanada da işgəncə verdilər.

Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar. Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar oradaydı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin müddətdə Mark ora iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də bir şey elədi. Gələndə də Mark içkili olurdu, yanındakı tərcüməçilər də erməni qızları idi. Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark ora ümumiyyətlə gəlmədi".

O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini bildirib: "Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türkdür, sizin düşmənlərinizdir. Uşaqlar da bizə tüpürürüdü, daş atırdı".

Zərərçəkmiş şəxs qeyd edib ki, bəzi əsirlər döyülərək öldürülüb. Ermənilər onlara məhz azərbaycanlı olduqları üçün işgəncələr verib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 29-da davam etdiriləcək.

Xalq artisti uzun aradan sonra efirdə like
  • 26 May 20:27  
Şou-biznes Xalq artisti uzun aradan sonra efirdə

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

arrow Ətraflı
"Azərbaycanla sülhə çox yaxınıq" like
  • 26 May 20:13  
Siyasət "Azərbaycanla sülhə çox yaxınıq"

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən �

arrow Ətraflı
"Bir ilin içində çox qocalmışam" like
  • 26 May 20:00  
Şou-biznes "Bir ilin içində çox qocalmışam"

Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib like
  • 26 May 19:55  
Siyasət Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? like
  • 26 May 19:39  
Digərləri Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir?

Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçi

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib like
  • 26 May 19:28  
Siyasət Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əli

arrow Ətraflı
"Nə etsəm də, qayınanam qədrimi bilmədi" like
  • 26 May 19:26  
Şou-biznes "Nə etsəm də, qayınanam qədrimi bilmədi"

"Verdiyim xalatları, corabları dükana qoyub satırdılar"

arrow Ətraflı
Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb" like
  • 26 May 19:10  
Digərləri Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb"

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum.

arrow Ətraflı
Yol polisini təhdid edən sürücü həbs olunub  VİDEO like
  • 26 May 18:57  
Kriminal Yol polisini təhdid edən sürücü həbs olunub VİDEO

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid e

arrow Ətraflı
Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya like
  • 26 May 18:48  
Şou-biznes Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağl

arrow Ətraflı
Paytaxtın bu ərazisində su olmayacaq like
  • 26 May 18:35  
Digərləri Paytaxtın bu ərazisində su olmayacaq

Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

arrow Ətraflı
Elgizin verilişi ilə bağlı qərar verildi like
  • 26 May 18:24  
Şou-biznes Elgizin verilişi ilə bağlı qərar verildi

26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının on

arrow Ətraflı
Aktotı Raimkulova İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 26 May 18:22  
Siyasət Aktotı Raimkulova İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbayca

arrow Ətraflı
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı baş tutdu  FOTO like
  • 26 May 18:17  
Kriminal “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı baş tutdu FOTO

28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş &q

arrow Ətraflı