Aktotı Raimkulova İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 26 May 2025 18:22:00 105 0
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan və Türkiyə prezidentləri KəlbəcərLaçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar FOTO
Son.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizin suverenliyi və rifahı naminə gördüyünüz böyük işlərə görə ən dərin ehtiramımı bildirirəm.
Uzaqgörən və müdrik siyasətiniz nəticəsində Azərbaycan son illərdə əhəmiyyətli inkişaf yolu keçmiş, siyasi sabitlik, iqtisadi tərəqqi və beynəlxalq nüfuz baxımından mühüm nailiyyətlərə imza atmışdır. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın gücünü, eləcə də xalqınızın birliyini və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Bu il həmin şanlı Qələbənin beşinci ildönümünün qeyd olunması Azərbaycanın müasir tarixinin parlaq səhifəsidir.
Sizin təşəbbüsünüzlə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından misilsiz platformaya çevrilmişdir. Təşkilatımız Zati-alinizin diqqət və qayğısını hər zaman hiss edir, bunu ortaq mədəni irsimizin inkişaf etdirilməsi yolunda göstərilən səylərə verilən mühüm dəstək kimi dəyərləndirir.
Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, doğma Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram". Son.az
28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş &q

Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nüm

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev

Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarana

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fə

Müğənni Damlanın maraqlı görüntüsü yayılıb.

Ulduzlar bəzi bürclərə nəhayət gülümsəyir. Ulduz falına inananlar üç

Son.az xarici mətbuata istinadla 26 may - 1 iyun həftəsi üçün bürc proqno

Pərvin Abıyeva Azərbaycanda aktrisa kimi fəaliyyət göstərməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Konstitusiya M

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbayca

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezidenti İlham Əli
