Amerika xəritədən silinə bilər
Digərləri 26 May 2025 17:55:00 121 0
Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün ciddi təhlükə barədə xəbərdarlıq ediblər. Geoloqlar bildirirlər ki, qarşıdakı 50 il ərzində baş verə biləcək güclü zəlzələ nəticəsində Sakit okeanın sahil bölgələrində dağıdıcı meqa-sunami baş verə bilər.
Bu xəbəri də oxu: Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən tövsiyə
Son.az xəbər verir ki, risk altında olan əsas ərazilər arasında Alyaska, Havay adaları, Vaşinqton, Oreqon və Şimali Kaliforniya ştatları xüsusi ilə qeyd olunur.
Mütəxəssislərin diqqət çəkdiyi əsas səbəb Kaskadiya tektonik qırılma xətti ilə bağlıdır. Vanquver adasından Mendosino burnuna qədər uzanan bu seysmik zona hələ də aktiv hesab olunur və potensial təhlükə mənbəyi olaraq qalır. Son elmi araşdırmalara görə, bu ərazidə 8 bal və ya daha güclü zəlzələnin yaxın 50 ildə baş vermə ehtimalı təxminən 15 faiz təşkil edir.
Adi sunamilərlə müqayisədə meqa-sunamilər son dərəcə nadir, lakin daha dağıdıcıdır. Onlar ani şəkildə meydana çıxır və çox vaxt əvvəlcədən xəbərdarlıq etmək mümkün olmur.
Alimlərin fikrincə, belə fövqəladə hal zamanı əhali üçün təxliyə və hazırlıq üçün vaxt demək olar ki, olmayacaq. Belə hallarda hər şey cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.
Mütəxəssislər ABŞ hakimiyyətinə və ictimaiyyətə bu riski ciddiyə almağı, sahil şəhərlərində təcili təhlükəsizlik planlarının hazırlanmasını və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini tövsiyə edirlər.
Asya Son.az
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarana

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fə

Müğənni Damlanın maraqlı görüntüsü yayılıb.

Ulduzlar bəzi bürclərə nəhayət gülümsəyir. Ulduz falına inananlar üç

Son.az xarici mətbuata istinadla 26 may - 1 iyun həftəsi üçün bürc proqno

Pərvin Abıyeva Azərbaycanda aktrisa kimi fəaliyyət göstərməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Konstitusiya M

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbayca

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezidenti İlham Əli

Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi naminə zəruri add

"Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı
