Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib
Siyasət 26 May 2025 19:28:00 99 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
Can Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksək səviyyəli əlaqələrimizi "Bir millət, iki dövlət" ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk. Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm". Son.az
"Verdiyim xalatları, corabları dükana qoyub satırdılar"

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum.

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid e

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağl

Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının on

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbayca

28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş &q

Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nüm

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev

Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarana

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fə
