Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib


Siyasət 26 May 2025 19:55:00 118 0

Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Pakistan Azərbaycanla bütün vacib məsələlərdə qarşılıqlı etimada, nümunəvi səmimi münasibətlərə və bir-birinə qətiyyətli dəstəyə əsaslanan tarixən çox gözəl qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Məmnunluqla bildirmək istərdim ki, Sizin müstəsna liderliyiniz və güclü dəstəyiniz sayəsində dostluq münasibətlərimiz müsbət istiqamətdə inkişaf edir və biz onları daha geniş qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirmək üçün birlikdə işləyirik.

Hindistanla yaşanan son böhran zamanı Pakistana davamlı dəstəyinizə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanla davamlı həmrəylik nümayiş etdirdiklərinə görə azərbaycanlı qardaşlarımıza da təşəkkür edirik. Həqiqətən əsl qardaşlar olaraq, xüsusilə də talelərimiz bir-birinə oxşar olduğu üçün qəlblərimiz həmişə bir döyünür. Mən yaxın günlərdə gözəl ölkənizə səfər edəcəyimi səbirsizliklə gözləyirəm.

Gözəl Bakı şəhərinə 2025-ci ilin fevralında səfərim zamanı ən səmimi və məhsuldar müzakirələrimizi böyük məmnunluqla xatırlayıram. Zati-alinizin Pakistan-Azərbaycan münasibətlərini daha da möhkəmləndirmək istiqamətində yenilməz qətiyyətini yüksək qiymətləndirirəm.

Əminəm ki, yüksək səviyyəli əməkdaşlıq dinamikası tezliklə qarşılıqlı maraq kəsb edən bütün sahələrdə nəzərəçarpacaq nəticələrin əldə olunmasına təkan verəcək, İnşallah! Mən ən qısa zamanda Sizi münasib vaxtda Pakistanda qarşılamağı səbirsizliklə gözləyirəm.

Zati-alinizə cansağlığı, uğurlar və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Son.az

Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? like
  • 26 May 19:39  
Digərləri Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir?

Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçi

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib like
  • 26 May 19:28  
Siyasət Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əli

arrow Ətraflı
"Nə etsəm də, qayınanam qədrimi bilmədi" like
  • 26 May 19:26  
Şou-biznes "Nə etsəm də, qayınanam qədrimi bilmədi"

"Verdiyim xalatları, corabları dükana qoyub satırdılar"

arrow Ətraflı
Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb" like
  • 26 May 19:10  
Digərləri Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb"

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum.

arrow Ətraflı
Yol polisini təhdid edən sürücü həbs olunub  VİDEO like
  • 26 May 18:57  
Kriminal Yol polisini təhdid edən sürücü həbs olunub VİDEO

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid e

arrow Ətraflı
Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya like
  • 26 May 18:48  
Şou-biznes Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağl

arrow Ətraflı
Paytaxtın bu ərazisində su olmayacaq like
  • 26 May 18:35  
Digərləri Paytaxtın bu ərazisində su olmayacaq

Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

arrow Ətraflı
Elgizin verilişi ilə bağlı qərar verildi like
  • 26 May 18:24  
Şou-biznes Elgizin verilişi ilə bağlı qərar verildi

26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının on

arrow Ətraflı
Aktotı Raimkulova İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 26 May 18:22  
Siyasət Aktotı Raimkulova İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbayca

arrow Ətraflı
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı baş tutdu  FOTO like
  • 26 May 18:17  
Kriminal “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı baş tutdu FOTO

28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş &q

arrow Ətraflı
Aleksandr Vuçiç İlham Əliyevə təbrik ünvanlayıb like
  • 26 May 18:01  
Siyasət Aleksandr Vuçiç İlham Əliyevə təbrik ünvanlayıb

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev

arrow Ətraflı
Amerika xəritədən silinə bilər like
  • 26 May 17:55  
Digərləri Amerika xəritədən silinə bilər

Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün

arrow Ətraflı
Bakıtcan Saqintayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 26 May 17:51  
Siyasət Bakıtcan Saqintayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre

arrow Ətraflı
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib like
  • 26 May 17:48  
Siyasət Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

arrow Ətraflı