Diş məcunları saçdan hazırlanacaq
Digərləri 06 Nov 2025 19:30:00 106 0
Elm dünyasında maraqlı yenilik baş verib.
Read this news too: Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı Ailəsindən açıqlama
Son.az xəbər verir ki, İngiltərənin "King's College" London universitetinin alimləri insan saçından əldə edilən keratin adlı maddədən diş minasını yenidən bərpa edə bilən diş məcunu hazırlayıblar.
Keratin tüpürcəkdəki minerallarla birləşərək diş səthində təbii minanı xatırladan qoruyucu qat əmələ gətirir. Bu da diş çürüməsinin qarşısını alır və həssaslığı azaldır.
Araşdırmaya rəhbərlik edən stomatoloq Şerif Elşarkavi bildirib ki, diş minası öz-özünə bərpa olunmadığı üçün bu tapıntı diş həkimliyi sahəsində böyük addımdır. "Artıq bədənin öz materiallarından istifadə edərək təbii bərpa mümkündür," - deyə o vurğulayıb.
Keratin əsaslı bu texnologiya adi diş məcunu və ya diş həkimləri üçün xüsusi gel formasında hazırlanacaq. Məhsulun 2-3 il ərzində satışa çıxarılması planlaşdırılır.
İsmayıl Son.az
