Bu da atamın nömrəsi... Nihalın 5 il sonra üzə çıxan məktubu


Digərləri 06 Nov 2025 22:35:00 91 0

Bu da atamın nömrəsi...  Nihalın 5 il sonra üzə çıxan məktubu

44 günlük Vətən müharibəsi dövründə 11 yaşlı şagird Nihal Əlizadə döyüşdəki əsgərlərimizə məktub göndərib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin məktubu Dövlət İmtahan Mərkəzinin (DİM) müharibədə iştirak edən əməkdaşı illər sonra təqdim edib:

"Salam, canım əsgərim. Mən səni və digər əsgərlərimizi çox sevirəm və sizə güvənirəm. Siz əlinizdən gələni bizim üçün edirsiniz. Biz evdə isti yorğan-döşəkdə yatıb-durarkən, siz hər an heç bir şey olmasın deyə bizi qoruyursunuz. İnşallah evinizə sağ-salamat gələrsiniz.

Mənim adım Nihal Əlizadədir. 11 yaşım var, 5-ci sinfə gedirəm. Məni də görməyə gələrsiniz. İnşallah düşmən məğlub olar. Mən evdə nə qədər gülsəm də, ağlasam da sizi heç vaxt unutmuram.

Mənim qəlbim kiçik olsa da, sizi içində böyük saxlayıram. Canım əsgərim, yolunu səbirsizliklə gözləyəcəm. 3 rəngli bayrağımız Qarabağda dalğalanacaq!


Photos for this news