Kilosu 33 000 manatdır “Qızıl dəyərində” ədviyyat
Digərləri 06 Nov 2025 22:48:00 93 0
"Qızıl ilə yarışan ədviyyat" kimi tanınan zəfəranın bu ilki yığımı başlayıb. Bu mövsümdə zəfəranın kilo qiymətinintəxminən 33 min manata qədər yüksələcəyi gözlənilir.
Read this news too: UAZ yenə "keçmişə" qayıdır
Son.az xəbər verir ki, zəfəranın bu qədər baha olmasının əsas səbəbi onun çox çətin və əziyyətli istehsal prosesidir.
Zəfəranın hər bir çiçəyindən cəmi 3 tel (stigma) alınır. Buna görə də məhsul qramla satılır. Məsələn, 7 min kvadrat metr sahədən ən çoxu 3 kiloqram zəfəran əldə etmək mümkündür.
İstehsal prosesi tamamilə əl ilə aparıldığı üçün həm vaxt, həm də zəhmət tələb edir.
Zəfəran uzun illərdir:
Qastronomiya və yemək sənayesində Təbabətdə və dərman preparatlarında Kosmetika sahəsində Tekstil sektorunda təbii boya kimi geniş istifadə olunur.İstehsalçılar zəfəranı həm də şəfa verən bitki kimi xarakterizə edir. Sinirləri sakitləşdirmə və təbii antidepresan təsiri olduğu bildirilir.
Zəfəran yetişdirən Ateş Kazımlı bildirir: "Zəfəran bir çox sahədə işlədilir. Yeməkdə, dərmanlarda, kosmetikada istifadə olunur. Sinirləri sakitləşdirir, təbii rahatladıcı təsir göstərir. Zəhməti çox olduğuna görə bahalı görünür, amma əslində dəyərinə görə ucuzdur."
Başqa bir istehsalçı Tayfun Çakırlar isə qeyd edir: "Bu məhsul kilo ilə deyil, tel ilə istifadə olunur. Bir fincan çaya 2 tel kifayətdir. Hər çiçək əl ilə yığılır. Buna görə qiymət yüksəkdir və bu tamamilə təbiidir."
İlk il əkilən 100 kilo zəfəran soğanından təxminən 400 qram hazır məhsul alınır. İkinci ildə məhsuldarlıq ikiqat artır. Keyfiyyət isə əsasən:
Yığım vaxtına Qurudulma prosesinə Saxlanma şəraitinə görə müəyyən edilir.Lalə Qüdrətova Son.az
