Keçmiş məcburi köçkünlər üçün aylıq müavinətə ayrılan məbləğ məlum oldu
Digərləri 05 Nov 2025 12:48:00 96 0
Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.
Read this news too: Beyin üçün risk yaradan qidalar AÇIQLANDI
Son.az xəbər verir ki, bu barədə məlumatı maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında səsləndirib.
Qeyd edilib ki, məsələ "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirilib.
"Növbəti ildə müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon manat nəzərdə tutulub. Keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon manat, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat vəsait nəzərdə tutulub", - nazir müavini bildirib.
