Beyin üçün risk yaradan qidalar AÇIQLANDI
Digərləri 05 Nov 2025 02:02:00 99 0
ABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərli qidaları müəyyən edib.
Read this news too: Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? Yeni detallar
Son.az xəbər verir ki, Virciniya Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, çox emal olunmuş ət məhsulları və şəkərli içkilər beyin fəaliyyətinə mənfi təsir göstərir və idrak pozğunluğu riskini artırır.
Tədqiqat Miçiqan Universitetinin Sağlamlıq və Təqaüd Tədqiqatı məlumatları əsasında aparılıb. 55 yaş və yuxarı 4750 nəfər iştirakçı 2014-2020-ci illər arasında yeddi il ərzində izlənilib. Onların idrak vəziyyəti hər iki ildən bir qiymətləndirilib.
Nəticələrə görə, gündə bir porsiya çox emal olunmuş ət məhsulu (kolbasa, salam, hazır ət pizzaları və s.) yeyən insanlarda idrak pozğunluğu riski 17 faiz, şəkərli içkiləri (qazlı içkilər, şirin buzlu çaylar, meyvə dadlı içkilər) gündəlik qəbul edənlərdə isə 6 faiz artıb. Gündəlik əlavə porsiyalar isə Alzheimer və demensiya riskini daha da yüksəldib.
Alimlər qeyd edir ki, ultra emal olunmuş bütün qidalar eyni təsiri göstərmir. Desertlər, dənli bitkilər və süd məhsulları əsasında hazırlanan hazır qidalarla koqnitiv pozğunluq arasında əhəmiyyətli əlaqə aşkar edilməyib. Ən mənfi təsir yalnız ət və içki kateqoriyalarında müşahidə olunub.
