Rusiya geri çəkilir?
Digərləri 04 Nov 2025 23:48:00 66 0
Rusiya Ordusu Ukraynanın Konstantinovka şəhərinə hücumların intensivliyini azaldıb.
Read this news too: Günün qoroskopu: Maliyyə sürprizləri mümkündür
Son.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bildirirlər ki, bu, Rusiya Ordusunun hücum strategiyasının dəyişməsi ilə bağlıdır. Hazırda əsas diqqət Ukraynanın Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsi istiqamətində cəmlənib.
Məlumata görə, Rusiya qüvvələri Pokrovskun cənub-şərq istiqamətində müəyyən irəliləyiş əldə edib. Şəhərlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirilir, eyni zamanda artilleriya sistemlərindən də istifadə olunur. Quru qoşunları isə əsasən kiçik hücum dəstələri ilə irəliləməyə çalışır.
Rusiyalı hərbi bloqerlərin məlumatına əsasən, Pokrovskun şimal-şərq hissəsi artıq rus qüvvələrinin nəzarətindədir. Mirnoqrad şəhərinin də şimal və cənub-şərq istiqamətləri Rusiya Ordusu tərəfindən ələ keçirilib. Bununla belə, Ukrayna qüvvələri Zatışka yaşayış məntəqəsində rus hərbçilərinin geri çəkilməsinə nail olublar.
Pokrovsk istiqamətində yerləşən Ukrayna batalyonunun komandiri qeyd edib ki, Rusiya Ordusu müdafiə xəttini birbaşa deyil, dolayısı ilə yarmağa çalışır:
