Artıq qalan plovu atmayın Cəmi 2 inqrediyentlə qlütensiz, sağlam cips hazırlayın
Digərləri 05 Nov 2025 00:47:00 113 0
Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilər. İsinəndə əvvəlki dadını itirirsə, onu fərqli və sağlam bir qəlyanaltıya çevirə bilərsiniz. Sadə, qlütensiz və çox dadlı bu resepti siz də sınayın.
Read this news too: "Mərasim olsaydı, etiraf edərdik" Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
Son.az plov cipsi üçün lazım olan inqrediyentləri təqdim edir:
Pişmiş və ya artıq qalmış plov Zeytun yağı Duzİstəsəniz, cipsinizə istiot, bibər tozu, sarıkök, ot qarışıqları və digər ədviyyatlar da əlavə edə bilərsiniz. Bu, həm dadı zənginləşdirir, həm də vitamin və mineral baxımından dəyərini artırır.
Əgər kartof soymaq və ya unla işləmək istəmirsinizsə, bu üsul tam sizlikdir!
Artıq plovu blenderə əlavə edin. Üzərinə zeytun yağı və duz əlavə edin. İstəsəniz sevdiyiniz ədviyyatları da qatın.
Blenderdə qarışığı püre halına salın. Hazır olan kütləni sıxma torbasına və ya buzqabı paketinə doldurun.
